YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri “İDEF – 2015” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib

İstanbulda keçirilən "İDEF - 2015" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir sərgidə nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif təyinatlı məmulatları maraqla izləyib.

Sərginin keçirildiyi günlərdə müdafiə nazirinin Türkiyə milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdet Özel, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Hülusi Akar və başqaları ilə təkbətək görüşləri olub.

Görüşlərdə ölkələrimiz arasında müdafiə sahəsində mövcud vəziyyət, hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətlərində ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, xüsusilə mayın 12-dən 16-dək ölkəmizdə keçiriləcək Azərbaycan-Türkiyə Quru Qoşunları bölmələrinin növbəti birgə taktiki təliminin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.