YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sloveniya Dağlıq Qarabağda keçirilmiş “parlament seçkiləri”ni legitim hesab etmir

Sloveniya Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkilərini legitim hesab etmir.

Bu fikir Sloveniya Xarici İşlər Nazirliyinin açıqlamasında öz əksini tapıb. Açıqlamada bildirilir ki, rəsmi Lyublyana Dağlıq Qarabağda keçirilmiş “seçkiləri” qeyri-qanuni hesab edir. Buna görə də bu “seçkilərin” heç bir nəticəsi yoxdur.

Vurğulanır ki, Sloveniya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəkləyir.