YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin ordeni atasına təqdim olunub

Vətən müharibəsi şəhidi Qurbanov Tərxan Zabil oğlina ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni Bərdədə ailəsinə təqdim edilib.

Ordenin təqdim edilməsi mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin nümayəndələri, məktəb direktorları, qazilər, şəhid ailələri iştirak ediblər.

Şəhid Tərxan Qurbanovun şərəfli həyat və döyüş yolundan danışılıb.

Sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin atasına təqdim olunub.