YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

KOBİA və Yaponiyanın JICA təşkilatı gələcək birgə layihələri müzakirə edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) Şərqi və Mərkəzi Asiya, Qafqaz üzrə Baş departamentinin direktor müavini Hideki Tanabenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə KOB-lara dəstək və xidmət sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üçün agentliyin beynəlxalq təşkilatlarla, o cümlədən JICA ilə əməkdaşlığa önəm verdiyi vurğulanıb, birgə layihələrin həyata keçirilməsinə, Yaponiyanın müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsinə dəstəyə dair fikir mübadiləsi aparılıb.