YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sədrinin müavini: Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi tarixə yazılacaq

«Müəyyən dairələrin ölkəmizə qarşı apardığı qarayaxma kampaniyaları ilk Avropa Oyunlarının üzərinə kölgə sala bilməyəcək. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz belə hallara müəyyən qədər alışmışıq. Bir neçə il öncə «Evrovision» mahnı müsabiqəsi keçiriləndə də bu hallarla rastlaşdıq. Bizi belə hallar nə qədər incitsə də, mahnı müsabiqəsini yüksək səviyyədə keçirdik, bu tədbirin tarixinə yeni bir səhifə yazmağa müyəssər olduq». Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, indiki  qarayaxma kampaniyaları da ilk Avropa Oyunlarının üzərinə kölgə sala bilməyəcək. Onun sözlərinə görə, Oyunların keçirilməsi üçün ən vacib olan zəruri hazırlıq işləri artıq başa çatdırılıb, idman qurğuları hazırdır, iştirakçı tərəflər, idmançılar məlumdur və  az müddətdən sonra onlar gəlib öz missiyalarını həyata keçirəcəklər.

 «Azərbaycanın adı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi tarixə yazılacaq.

Güman edirəm ki, bütövlükdə Qərb, Avropa ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini üzərinə götürmüş Azərbaycana daha diqqətlə yanaşsa daha ədalətli olardı. Amma biz bəzən bunun əksini görürük. ABŞ-ın, Avropanın bir sıra dairələri tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, ölkəmizin gördüyü bu işlərə kölgə salmağa çalışırlar. Bütün bunların hamısı ikili standartların təzahürü olsa da, Azərbaycanın haqq işininə maneçilik törədə bilməyəcək. Biz öz işimizi görürük, üzərimizə götürdüyümüz öhdəlikləri layiqincə yerinə yetiririk. Kim buna hansı gözlə baxırsa, bu, onun öz işidir.»- deyə, YAP Sədrinin müavini vurğulayıb.