YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı-faydalı əməkdaşlığın dərinləşdirilməsi diqqət mərkəzində…

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan ilə İtaliya arasında münasibətlərin tarixi çox qədimdir. İtaliya Azərbaycanın Avropada ən qədim dövrlərdən diplomatik əlaqələr saxladığı ölkələrdən biridir. Hələ orta əsrlərdə Səfəvilər sarayında Venesiya və Genuya respublikalarının daimi elçilərinin fəaliyyət göstərmələri barədə tarixi faktlar məlumdur.

1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlərdə yeni səhifə ümummilli lider Heydər Əliyevin İtaliyaya gerçəkləşdirdiyi səfərdən sonra açılmışdı. Məhz həmin səfərdən sonra Azərbaycan – İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişlənmiş və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etməyə başlamışdı. Böyük siyasi xadim Heydər Əliyevin 1997-c ilin sentyabrında İtaliyaya səfəri nəticəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdı.

Qeyd edək ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılmışdır. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis etmişdir. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilmişdir.

Sonrakı dövrlərdə Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan – İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan və İtaliya arasında münasibətlər yüksək səviyyədədir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Prezident İlham Əliyevin İtaliyaya çoxsaylı səfərləri, 2018-ci ildə Prezident Sercio Mattarellanın ölkəmizə səfəri təsdiqləyir. 2020-ci ilin fevral ayında isə Prezident İlham Əliyevin İtaliyaya növbəti səfəri ilə isə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında özündə 28 sənədi ehtiva edən Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə imzalanmışdır. Onu da qeyd edək ki, Azərbaycan-İtaliya əlaqələri və onun müsbət dinamika ilə inkişafı Azərbaycan-Avropa İttifaqı münasibətləri fonunda cərəyan etməklə vətənimizin dünyaya inteqrasiya etməsində mühüm rol oynayır.

Cari ilin sentyabr ayıının 1-də Prezident İlham Əliyevin İtaliya Respublikasına növbəti rəsmi səfəri də ölkələr arasındakı inkişaf prespektivləri prizmasından çox əhəmiyyətli olmasını və Avropada mühüm strateji coğrafi və iqtisadi əhəmiyyətə malik olan İtaliya Respublikası ilə Azərbaycan arasında çox sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunun bir daha təsdiq etmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin İtaliya Respublikasına səfəri çərçivəsində ən əhəmiyyətli məqamlarından biri sentyabr ayının 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Formunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışıdır.

İki tərəfli əlaqlərdə əldə olunan uğurları və gələcək prespektivləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Forumda çıxış edərək bildirb ki: “Əvvəlcə mən “The European House – Ambrosetti” beyin mərkəzinə bu vacib tədbirdə çıxış üçün məni dəvət etdiyinə görə təşəkkür etmək istəyirəm. Bu gözəl məkanda sizinlə bir yerdə olmağımdan çox məmnunam. Mənim İtaliyaya səfərim dünən başlayıb. Mən sizin ölkəyə tez-tez səfər edirəm. Sonuncu dəfə burada 2020-ci ildə dövlət səfərində olmuşam ki, o zaman biz İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladıq. Budəfəki səfərim də çox uğurlu oldu. Mənim cənab Prezident və cənab Baş nazir ilə görüşlərim oldu və biz ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə etdik. Həmçinin əlavə etmək istərdim ki, dörd il öncə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə olub. Beləliklə, bu, onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik”.

Qeyd edək ki, 1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. Mərkəz Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif tədbirlər təşkil edərək İtalyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə xidmət edir. “The European House – Ambrosetti”, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir etmək imkanı olan və ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Bu da öz növbəsində təbii ki, forumda Prezident İlham Əliyevin iştirakı və çıxış etməsi Azərbaycan Respublikasının Avropada, eləcə də, dünyada böyük nüfuza malik olmasını bir daha təsdiq edir.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərində diqqət çəkən əsas məqamlardan biri keçirilən görüşlər, çıxışlar və müsahibələrin bu ölkənin çoxsaylı kütləvi informasiya vasitələrinin böyük marağına səbəb olmasıdır. Səfər çərçivəsində keçirilmiş görüşlər, Prezident İlham Əliyevin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzinin təşkil etdiyi beynəlxalq forumdakı çıxışı zamanı səsləndirdiyi fikirlər və yerli KİV-lərə açıqlamaları ilə bağlı İtaliya mətbuatında 100-dək məqalə, məlumat və videoreportaj yayımlanıb. Qeyd edək ki, İtaliya KİV-ləri Azərbaycan Prezidentinin bu ölkəyə səfərindən öncə də səfərin əhəmiyyətinə və planlaşdırılan görüşlərin ikitərəfli əməkdaşlığın genişləndirilməsindəki önəminə geniş yer ayırıb.

Prezident İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Baş nazir Mario Draqi ilə görüşlərinə dair İtaliyanın “RAI” televiziya kanalında gün ərzində reportajlar yayımlanıb. Reportajlarda bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyi, görüşlərdə çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunduğu bildirilib. Prezident Sercio Mattarella və Baş nazir Mario Draqi ilə keçirilmiş görüşlərlə bağlı İtaliya Prezidentinin və Nazirlər Şurasının mətbuat xidmətlərinin məlumat və videoreportajları “La7”, “il Messaggero”, “il Sole 24 Ore”, “Affari Italiani”, AGI”, “Agenzia Nova”, “Libero Quotidiano”, “Borsa Italiana”, “Italpress”, “Italia Informa”, “Notize Yahoo”, “Tg cal24”, “La Sicilia”, “Mi-lorenteggio”, “Gazzetta di Parma”, “L'Edicola del Sud”, “Blog Sicilia”, “Audio press”, “Giornale Partite Iva” kimi mətbuat orqanları da daxil olmaqla çoxsaylı kütləvi informasiya vasitələrində yayımlanıb.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələr arasında münasibətlərin inkişafına və daha da möhkəmlənməsinə güclü təkan verəcək. Tərəflər arasında qarşılıqlı-faydalı əməkdaşlığın mövcudluğu, eyni zamanda, bir çox sahələrdə intensiv əlaqələrin inkişafı Azərbaycan – İtaliya münasibətlərinin xarakterinə müsbət təsir göstərir. Bundan əlavə, qeyd etmək yerinə düşər ki, iki ölkə arasındakı hətərəfli əlaqələrin inkişafında keyfiyyətcə və kəmiyyətcə yeni mərəhələ heç şübhəsiz Ali Baş Komamandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə və bundan doğan regionda yaranan reallıqlar vasitəsilə olmuşdur.