YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Partiyalar arasında imzalanan memorandum ölkələrimiz arasında münasibətlərə öz töhfəsini verəcək

«Yeni Azərbaycan Partiyası bir çox ölkələrin siyasi partiyaları ilə əməkldaşlıq edir. Zaman-zaman bu partiyaların sırasına yeniləri əlavə olunur. Beləliklə, YAP-ın dostlarının coğrafiyası genişlənməkdədir». Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu gün YAP və Serbiya Tərəqqipərvər Partiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirərkən deyib. 

Əli Əhmədov qeyd edib ki, bu ilin aprel ayında Serbiya Tərəqqipərvər Partiyasının sədri, Serbiyanın Baş naziri Aleksandr Vuçiç ölkəmizdə səfərdə oldu, səfər zamanı Azərbaycan Prezidenti və digər səlahiyyətli şəxslərlə ikitərəfli maraqlarımıza uyğun olan danışıqlar aparıldı. Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdiyini deyən Əli Əhmədovun sözlərinə görə, partiyalar arasında imzalanan memorandum ölkələrimiz arasında münasibətlərə də öz töhfəsini verəcək.

«Beləliklə, partiyamızın dostlarının sırası genişlənir, həm də partiyalarla əməkdaşlıq etməklə dövlətlərimiz arasında münasibətlərin inkişafına öz töhfəmizi veririk. Güman edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı dəfələrlə bəyanat vermiş Serbiya bundan sonra da bu mövqeyində davam edəcək. İqtisadi münasibətlər isə qarşılıqlı maraqlar əsasında inkişaf edir.»- deyə, YAP Sədrinin müavini vurğulayıb.