YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhan limanından 1,4 milyon tona yaxın xam neft ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin aprelində Novorossiysk limanından 84 min 701 ton, Supsa limanından 254 min 164 ton, Ceyhan limanından isə 1 milyon 370 min 882 ton xam neft ixrac edib.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə yanvar-aprel aylarında Novorossiysk limanından 508 min 486 ton, Supsa limanından 1 milyon 16 min 454 ton, Ceyhan limanından isə 5 milyon 925 min 281 ton xam neft ixrac olunub. SOCAR tərəfindən ixrac olunan xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünəməxsus xam neft həcmlərini əks etdirir.