YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə Moskvada universiada keçirilir

“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədilə Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada keçirilən universiada davam edir.

Universiada çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) idman zalında təşkil olunan voleybol yarışında Moskva ali məktəblərini təmsil edən 14 komanda mübarizə aparıb.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev, təşkilatın nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev, BMDTU-nun əcnəbi tələbələrlə iş üzrə dekanının müavini İvan Kalaşnikov yarışın açılışında çıxış edərək ilk Avropa Oyunlarına hazırlığın gedişindən, Rusiya idmançılarının bu mötəbər idman tədbirinə ciddi hazırlaşmalarından danışıblar.

Dairəvi sistem üzrə keçirilən yarışların yekunlarına görə qızlar arasında birinci yerə “Vətən” komandası, ikinci yerə BMDTU-nin, üçüncü yerə isə Piroqov adına Rusiya Milli Tibbi Tədqiqatlar Universitetinin təmsilçiləri layiq görülüb.

Oğlanlar arasında yarışda Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin komandası oğlanlar arasında yarışın qalibi olub. İkinci və üçüncü yerləri Rusiya Gömrük Akademiyası və BMDTU-nun tələbələri tutublar.

Aprelin 25-də start götürən universiadada voleybol, basketbol, stolüstü tennis, qaçış və mini-futbol yarışları keçirilir. İdman yarışması mayın 10-da “Lujniki” stadionunda keçiriləcək mini-futbol üzrə Heydər Əliyev Kuboku uğrunda turnirlə başa çatacaq. Bütün yarışların qalibləri həmin gün mükafatlandırılacaq.

 

DİGƏR Xəbərlər Arxiv