YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günü qeyd olunub

Yevlax rayonunun Nemətabad kəndində şəhid Adıgözəlov Faiq Mehdi oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının rəhbərliyi, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər və hərbçilər rayonun Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Anım tədbiri Bəşir Səfəroğlu adına teatr binasında mədəniyyət işçilərinin və məktəblilərin əziz xatirəsinə hazırladığı ədəbi-bədii kompozisiyaların nümayişi ilə davam edib.

Tədbirdə çıxış edənlər şəhidin şərəfli həyat və döyüş yolundan bəhs ediblər.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, Ali Baş Komandan İlham Əliyevin güclü iradəsi, sarsılmaz qətiyyəti, rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində xalqımızın 30 illik Vətən, torpaq həsrətinə son qoydu. İkinci Qarabağ müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir. Qeyd olunub ki, Faiq Adıgözəlov kimi bütün qəhrəman oğullarımız xalqımızın qəlbində əbədi olaraq yaşayacaq. 

Daha sonra tədbir iştirakçıları rayonun Nemətabad kəndində şəhidin ailəsini ziyarət edib, qayğı və problemləri ilə maraqlanıblar.