YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Tərtər rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli siyasət yürütməsi nəticəsində Azərbaycan dünyanın ən aparıcı dövlətləri sırasında yer aldığını bildirib.  Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının sıraları genişlənir. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, Yeni Azərbaycan Partiyası monolit birliyi, sosial bazası və yüksək intellektual potensiala malik olan hakim siyasi təşkilatdır.

Rayon təşkilatının sədr müavini rayon təşkilatının fəaliyyətindən, qarşıda duran vəzifələrdən də danışıb.

Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilat sədrlərinin təklifləri dinlənilib.