YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə naziri: Ölkəyə nə qədər çox xarici valyuta daxil olarsa, manat da bir o qədər möhkəmlənə bilər

Manatın məzənnəsinin möhkəmlənməsi şübhəsiz ki, Azərbaycana xarici valyutanın daxil olması ilə bağlıdır. Ölkəyə nə qədər çox xarici valyuta daxil olarsa, manat da bir o qədər möhkəmlənə bilər.

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir qeyd edib ki, Azərbaycan hazırda tam olaraq bazar iqtisadiyyatına keçmiş bir ölkədir. Bazar iqtisadiyyatının bütün qanunları Azərbaycanda da özünü büruzə verməkdədir, o cümlədən milli malyutamız olan manatın mübadilə məzənnəsində də bunu müşahidə edirik. Əvvəlki illərdə biz manatın məzənnəsinin ifrat dərəcədə yüksəlməsinin qarşını alırdıq. Bunun üçün xüsusi mexanizm olan Dövlət Neft Fondu yaradıldı və valyutanın böyük bir qismi həmin fonda yönəldilirdi ki, Azərbaycanın makroiqtisadi vəziyyətinə mənfi təsir göstərməsin. Yəni, valyuta daxilolmalarının çoxluğu şübhəsiz ki, manatın möhkəmlənməsinə xidmət edir. Bu, sırf bazar qaydalarıdır.

“Gələcəkdə bazarda baş verəcək hadisələrlə bağlı manatın bir qədər möhkəmlənməsinin və ya ucuzlaşmasının şahidi ola bilərik. Hesab edirəm ki, bu, normaldır. Azərbaycan Mərkəzi Bankı kəskin devalvasiyanın baş verməsinin qarşısını almaq iqtidarındadır”, - deyə nazir diqqətə çatdırıb.