YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə “İnsan hüquq və azadlıqlarının dövlət təminatı" mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatı Bərdə regional ASAN xidmət mərkəzində “İnsan hüquq və azadlıqlarının dövlət təminatı" mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən Bərdə regional ASAN xidmət mərkəzinin direktoru İlahə Quliyeva Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı və Konstitusiyada insan hüquq və azadlıqları ilə barədə ətraflı məlumat verib.

Mövzu ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsiyyə Abbaszadə, Gənclər və İdman İdarəsinin rəisi müavini Aydın Qasımov, YAP Bərdə rayon təşkilatının baş məsləhətçisi Fidan Nəsirli çıxış ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.