YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid və qazi övladlarına məktəb ləvazimatları verilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yeni tədris ili ərəfəsində şəhid və qazilərin məktəbli övladlarına dərs ləvazimatları təqdim edilib.

Bu münasibətlə təşkil olunan tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Nazim Çələbiyev, ictimaiyyət nümayəndələri, şəhid və qazi ailələri iştirak ediblər.

Əvvəlcə Vətənimizin bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhidlərin, qazilərin, Vətən müharibəsi iştirakçılarının şərəfli döyüş yollarından, onların qəhrəmanlığından bəhs edilib. Qeyd olunub ki, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir.

Sonda şəhid və qazilərin məktəbli övladlarına məktəbli çantası, zəruri dərs ləvazimatları hədiyyə olunub, yeni tədris ilində onlara uğurlar arzulanıb.

Şəhid ailələri və qazilər göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.