YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidin doğum günündə xatirəsi anılıb

Qazax rayonunda Vətən müharibəsi şəhidi gizir Şükürov İlkin Aslan oğlunun doğum günündə əziz xatirəsi yad olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının nümayəndələri, partiya fəalları rayonun Ürkməzli kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıb. A.Nəbiyev avqustun 26-da Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsini, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini xalqımızın növbəti uğuru kimi qiymətləndirib.

Çıxışlarda şəhid İlkin Şükürovun şərəfli ömür və döyüş yolundan danışılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid İlkin Şükürov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.