YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Mitinqlər siyasi şou xarakteri daşıyır

“Son günlər erməni müxalifəti və Ermənistandakı revanşist qüvvələr yenidən aktivləşərək mitinqlər təşkil etməyə başlayıb. Əlbəttə, mitinqlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar müzakirələrin aparıldığı ərəfəsiə keçirilməsi təsadüfi deyildir. Siyasi şou məqsədi daşıyan bu mitinqlər, əslində, Ermənistan hakimiyyətinin son çırpıntılarıdır. Eyni zamanda bu cür mitinqlər heç bir əhəmiyyət kəsb etmir və diz üstə çökmüş, böhran içində çabalayan Ermənistanı daha da uçuruma sürükləyir”. 

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

S.Vəliyevanın sözlərin görə, Ermənistan cəmiyyəti bilməlidir ki, Sarkisyan-Köçəryan cütlüyü və onların rəhbərlik etdiyi revanşist qüvvələr Ermənistanın düşdüyü bugünkü ağır vəziyyətin əsl səbəbkarlarıdır. Həmçinin Sarkisyan-Köçəryan cütlüyünün radikal, revanşist və şəxsi maraqlar üzərində qurulmuş siyasəti Ermənistana heç bir gələcək vəd etmir: “Yaxşı olardı ki, Ermənistanda radikal müxalifət şou xarakterli mitinqlər təşkil edərək öz mənafeələrini fikirləşmək əvəzinə Ermənistanın düşdüyü mövcud ağır vəziyyəti nəzərə alsın və bu vəziyyətdən çıxış yolunu fikirləşsin. Əlbəttə, Ermənistanın mövcud vəziyyətdən yeganə çıxış yolu Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməkdən və ölkəmizin regionda inkişafa, sülhə hədəflənən təşəbbüslərinə qoşulmasından keçir. Təxribatlar, şou mitinqləri və bu tip digər addımlar Ermənistanın bir dövlət kimi məhvinə səbəb olacaq”.