YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: İsveçrə Konfederasiyası Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni qanunsuz hesab edir

«İsveçrə Konfederasiyası 2015-ci il mayın 3-də Dağlıq Qarabağda keçiriləcək qondarma “parlament seçkiləri”ni qanunsuz hesab edir». Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, İsveçrə Federal Xarici İşlər Departamenti mayın 3-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçiriləcək “seçkilər” haqqında bildirmək istəyir ki, beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə tam hörmət edərək, bu “seçkiləri” etibarsız hesab edir.

«Bir daha vurğulayır ki, həll edilməmiş Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən xəbərdardır və müəyyən olunmuş formatlar çərçivəsində bu münaqişənin aradan qaldırılması üçün ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləməkdə davam edir. Bu sənədin surətini 18 mart 2015-ci il tarixində Milli Məclisdə keçirilən görüşümüz zamanı mənə təqdim etdiyinə görə İsveçrə Federal Xarici İşlər Departamentinin siyasi direktor müavini cənab Corc Martinə dərin təşəkkürümü bildirirəm»- deyə, vitse-spiker vurğulayıb.