YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyanın “sport1.de” idman portalı birinci Avropa Oyunlarını canlı yayımlayacaq

“Bakı-2015” ilk Avropa Oyunları yaxınlaşdıqca dünyada bu mötəbər idman tədbirinə maraq daha da artır.

İlk Avropa Oyunları bu saytda canlı yayımlanacaq. Portalda ilk Avropa Oyunları ilə bağlı xüsusi radio və video kanalı fəaliyyət göstərəcək. İyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimi, eləcə də yarışlar “sport1.de” portalı vasitəsilə nəinki Almaniyada, qitənin digər ölkələrində də izlənəcək. Portalda mötəbər idman tədbirinə aid xəbərlərlə yanaşı, fotoşəkillər və videogörüntülər də yerləşdiriləcək.

Portalda, həmçinin Almaniyanın ilk Avropa Oyunlarında ən titullu 300 atlet ilə təmsil olunacağı qeyd edilib. Bildirilib ki, məhz “Bakı-2015”in mükafatçıları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiadaya vəsiqə qazanacaqlar.