YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Dubayda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq

Mayın 4-dən 7-dək Dubayda keçiriləcək “ATM 2015” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları təmsil edəcək.

Nazirlikdən bildirilib ki, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 56 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri ingilis və ərəb dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ ediləcək.

Sərgiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən 6 yerli turizm şirkətinin təmsilçisi də qatılacaq.