YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onlar var olanı məhv edirlər, biz isə yoxdan var edirik – TƏHLİL / VİDEO

Hər bir xalqın xarakterini, mənəviyyatını göstərən amillərdən biri milli-mənəvi, dini və bəşəri dəyərlərə yanaşmasıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı siyasətindən əziyyət çəkməsinə, vandalizm aktları ilə üzləşməsinə baxmayaraq, Azərbaycan xalqı iradəli, əzmkar və mübariz olmaqla yanaşı, humanist, tolerant və qurucu xalq olduğunu da sübuta yetirib.

Ermənilər isə Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşiliklər törədib, tarixi, dini, mədəni abidələri dağıdıblar, məscidlərimiz təhqir olunub. Bu, əslində, təkcə xalqımıza deyil, bütövlükdə, dünya mədəni irsinə, bəşər sivilizasiyasına qarşı barbarlıq, soyqırımı siyasəti və cinayət əməlidir.

Bu gün də milli adətlərinə, dırnaqarası tarixi ənənələrinə sadiqdirlər.

İkinci Qarabağ müharibəsindən sonra üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq ermənilərin Ağdam və Kəlbəcəri tərk edərkən evləri, sahələri yandırmaları, meşə yanğınları törətmələri onların barbar xislətinin daha bir göstəricisi oldu. Bu gün də Laçını tərk etməyə hazırlaşan ermənilər vəhşi qəbilə kimi ətrafı yandırır, öz əşyalarını yağmalayır, bildikləri və gördükləri hər şeyi tarimar edirlər. Əslində isə, özlərini təkzib, ifşa və rəzil edirlər. İllərdir ki, “məzlum xalq” obrazı yaratmaq üçün apardıqları təbliğatı darmadağın etmiş olurlar.

Azərbaycan isə dünyaya nümunə göstərir. Abadlıq, quruculuq işləri xalqımızın ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə sonsuz hörmətini ifadə edir.

Tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edərkən Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin lider dövlətin Lideri, Müzəffər Ali Baş Komandan kimi işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri - atdığı hər addım tarixin yaddaşına əbədi həkk olunur. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması müzəffər xalq kimi qayıtdığımızı, qurucu xalq kimi yaradacağımızı nümayiş etdirir.

Bir sözlə, onlar var olanı məhv edirlər, biz isə yoxdan var edirik. Bəli, qururuq, yaradırıq, yaşadırıq və yaşadacağıq!