YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diktə edən tərəf qalib Azərbaycandır

Fatma Yıldırım

Milli Məclisin deputatı

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, yeni-yeni nailiyyətlətə imza atır. Müstəqil dövlətimiz Prezident İlham Əliyevin liderliyi ilə öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır. Bu yüksəliş regionlarımızı da əhatə edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri də bu reallığı təsdiqləyir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ötən illər ərzində bölgələrimiz sosial-iqtisadi cəhətdən inkişaf edib. Eyni zamanda, regionlarda tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi qeyri-neft sektorunun əsas istiqamətlərindən olan turizm sahəsinin dirçəldilməsi ölkəmizin iqtisadi inkişafında önəmli yer tutmaqdadır. Dövlətimizin başçısı səfəri zamanı Qobustan rayonu ərazisində yerləşən, yaşı 500 ildən çox olan “Diri Baba” türbəsini ziyarət etdi. Bu tarixi abidə Qafqazda nadir abidələrdən biri kimi xalqımız tərəfindən həmişə müqəddəs yer kimi tanınır. Eyni zamanda, İsmayıllı rayonunun Basqal qəsəbəsi də tarixi məkanlarla zəngindir. Eləcə də, bu yaşayış yerinin həm tarixiliyi, həm də füsunkar təbiətə sahib olması onun turizm potensialından xəbər verir.

F.Yıldırımın sözlərinə görə, Prezident İlham Əliyev Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı regionlarımızın inkişafı, o cümlədən ərzaq təhlükəsizliyi məsələləri barədə ətraflı şəkildə fikirlərini ifadə etdi. Müsahibədə dövlət başçısı “Qisas” əməliyyatı barədə fikirləri xüsusi vurğulanmalıdır. Prezident, Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, “Qisas” əməliyyatı bir daha Azərbaycanın gücünü, qüdrətini göstərdi. “Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq”, - deyən dövlət başçısı əgər yenə də buna oxşar təxribat törədilərsə, cavabın da eyni olacağını bildirdi. Çünki Azərbaycan öz ərazisində istənilən əməliyyatı həyata keçirmək hüququna sahibdir.

F.Yıldırım qeyd edib ki, “Qisas” əməliyyatı ermənilərə qarşı cəza tədbiri idi və bununla şəhidimizin qisası alındı. Erməni tərəfi anlamalıdır ki, yenə də hərbi təxribatlar törətsə, daha sərt şəkildə cəzalandırılıacaqlar və bizi heç bir qüvvə dayandıra bilməz. Ona görə də, Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlət başçısı İlham Əliyevin bu kimi  bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, Azərbaycan 30 ilə yaxın işğal dövrünün Azərbaycanı deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Əks təqdirdə, dəfələrlə bəyan edildiyi kimi, “dəmir yumruq” yerindədir. Prezident İlham Əliyev müsahibəsində bu bəyanatı da səsləndirdi ki, Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz.

“Dövlət başçısının “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur” fikirləri Ermənistana ciddi mesajdır. Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir və Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Onlar da digər Azərbaycan vətəndaşları kimi qanunlarımız çərçivəsində yaşamalıdırlar. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən getdiyi məqamda dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni uzatmağa son qoymalı və konstruktiv mövqe nümayiş etdirməlidir. Paşinyan hakimiyyətinin başqa alternativi yoxdur” - deyə deputat vurğulayıb.