YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid İlyas Şahvələdovun xatirəsi ehtiramla yad edilib

Vətən müharibəsi şəhidi Şahvələdov İlyas Etibar oğlunun doğum günündə xatirəsi anılıb.

Bu münasibətlə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının, Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, partiya fəalları, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, xatirəsini ehtiramla anıblar. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi yad olunub.

Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən, göstərdiyi şücaətdən danışıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.