YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərdabda şəhidin doğum günündə xatirəsi anılıb

Zərdabda Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin doğum günündə xatirəsi yad edilib.

Mərasimdə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, RİH əməkdaşları, rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov, SHXÇDX-nin Zərdab şöbəsinin rəisi Ramil Əhmədov, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Gəlmə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Anar Məmmədzadə ilə eyni məzarlıqda uyuyan digər Vətən müharibəsi şəhidlərinin də məzarları ziyarət olunub.

Daha sonra mərasim iştirakçıları şəhidin ailəsinə baş çəkib, onların qayğı və problemləri ilə maraqlanıblar.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Anar Məmmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.