YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada şəhidlərin xatirəsi yad edilib

Vətən müharibəsi şəhidləri Avdıyev Orxan Habil oğlunun və Əhmədov Mahmud Fərman oğlunun doğum günlərində əziz xatirələri yad olunub.

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Vüqar Həsənov, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, “Ağstafa Gənclər evi” Sosial Xidmət müəssisəsinin əməkdaşları, Ağstafa RİH yanında “İctimai Şura”nın üzvləri, şəhid ailələri, qazilər, Ərazi Partiya Təşkilatlarının fəalları, şəhidlərimizin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidlərin məzarlarını ziyarət ediblər, məzarları önünə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar.

Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidləri Bayramov İlkin Bayram oğlunun, Abdullayev Nihat Adil oğlunun, İbrahimov Elçin Rövşən oğlunun, Həsənov Elnur Elman oğlunun, Babayev Mustafa Elman oğlunun, Orucov Xudayyət Vilayət oğlunun, Mustafayev Ramiz Bağman oğlunun da məzarları ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.

Daha sonra tədbir iştirakçıları şəhid Orxan Avdıyevin və Mahmud Əhmədovun ailə üzvlərini ziyarət edərək onların qayğıları ilə maraqlanıb, dərin hüzünlə başsağlığı veriblər. Söhbət zamanı şəhidlərimizin keçdiyi şərəfli həyat və döyüş yollarından geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Orxan Avdıyev 2020-ci il oktyabr ayının 25-də Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Mahmud Əhmədov 2020-ci il noyabr ayının 3-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.