YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda şəhid Eldar Baxşıyevin xatirəsi anılıb

Goranboy rayonu Düzqışlaq kəndində Vətən müharibəsi şəhidi Eldar Baxşıyev Sultan oğlunun xatirəsi yad edilib.

Görüşdə Milli Məclisin deputatı Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

Görüşdə çıxış edən Anar Məmmədov şəhid Eldar Baxşıyevin ailəsinə başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, əsgər və zabitlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib.

Sonra Deputat Anar Məmmədov, YAP Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov, rayon ağsaqqalları və ziyalıları şəhidin adını daşıyan küçəyə gedərək, xatirəsini ehtiramla yad edib, baralyefi önünə gül dəstələri düzüblər.

Eldar Baxşıyevin valideynləri şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.