YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi iştirakçısının yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlunun anadan olmasının 45 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Azərbaycan Yazıçılar Birliyi Qubadlı rayon regional bölməsinin sədri Namiq Məna, Sumqayıt şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Suraxanı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri, Ehtiram Məmmədovun döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.   

Çıxış edən Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev Ehtiram Məmmədovu anadan olmasının 45 illiyi münasibəti ilə təbrik edərək vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığı və hərbi vətənpərvərlik ruhunun daim yüksək olması torpaqlarımızı düşməndən azad etməyə imkan verdi.

Çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində böyük inkişaf yolu keçib. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə yaranan yeni reallıqlar ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirib. Bütün bunlar həyata keçirilən uğurlu siyasətin, titanik fəaliyyətin nəticəsidir.

Tədbirdə Azərbaycanda şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışılıb. Vurğulanıb ki, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür.

Sonra çıxış edən Ehtiram Məmmədov göstərilən diqqət və qayğıya, eləcə də işğaldan azad olunmuş torpaqlarda aparılan böyük quruculuq-bərpa işlərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Qubadlı rayon nümayəndəliyinin təşkilatçılığı ilə hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olunub, vətənpərvərlik ruhunda şeirlər və mahnılar səsləndirilib.

Qeyd edək ki, polkovnik-leytenant Məmmədov Ehtiram Eldar oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qarabağ” ordeni, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.