YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Fərid Dursunovun doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Malik Həmzəyev, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Dursunov Fərid Fazil oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Daha sonra tədbir iştirakçıları şəhid Dursunov Fəridin ailə üzvlərini ziyarət edib, onlara dərin hüznlə başsağlığı veriblər.

Şəhidin valideynləri göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.