YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Birinci Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda qəhrəmancasına mübarizə aparan, şəhid Əliyev Ehtiram Canəli oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, təşkilatın əməkdaşı Samir Ağayev və Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədr müavini Elvin Şirinov Aşağı Cürəli kəndində şəhidin ata yurdunu ziyarət edərək, ailənin qayğı və problemləri ilə maraqlanıblar.

Rayon təşkilatının sədri K.Qurbanlı bildirib ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq. Ziyarət zamanı dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan danışılıb.

Şəhidin qardaşı Samir Əliyev göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.