YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir vəd əməli işdə öz təsdiqini tapır

Şəhla Abdullayeva

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri

Hədəf uğurların davamlılığnın təmin olunmasında əsas amillərdən biridir. Dövlət başçısı İham Əliyev 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü və  bildirdi ki, bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır.

Cənab İlham Əliyev bu günlərdə  Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha məmur-vətəndaş  münasibətlərinə diqqət yönəltdi, məmurlara xəbərdarlıq etdi. İnsanlar arasında olmaq, onların qayğıları ilə maraqlanıb narahat edən məsələlərin həlli istiqamətində zəruri addımları atmaq qarşıya mühüm vəzifə kimi qoyuldu. Dövlət başçısı İlham Əliyevin bu xəbərdarlıqları və tapşrıqları bir daha dövlətin siyasətində insan amilinə böyük dəyər verildiyini, insanların rahat yaşayışının, sosial müdafiəsinin əsas məsələ olduğunu təsdiqləyir. Cənab İlham Əliyev Prezident  kimi fəaliyyətə başladığı gündən  bildirdi ki, vətəndaş amili dövlət siyasətinin əsasında dayanır. İqtisadi tərəqqi yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır.

Son 18 ildən artıq dövrdə ölkəmizin qazandığı uğurlara diqqət yetirsək, hər bir vədin konkret əməli işdə öz təsdiqini tapdığını böyük əminliklə qeyd edə bilərik. “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” hədəfinə uyğun olaraq görülən işlərin xronologiyasına diqqət yetimək kifayətdir. Cənab İlham Əliyev sözügedən görüşdə Regional inkişaf proqramları çərçivəsində həyata keçirilən tədbirlərdən və onların uğurlu nəticələrindən geniş bəhs edərək rayon rəhbərliyi qarşısında dayanan vəzifləri açıqladı: “Əminəm ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Bax, dövlətin siyasəti bundan ibarətdir. Mən hər zaman Azərbaycan dövlətinin siyasətini birmənalı şəkildə ifadə edirdim, bunu ictimaiyyətə təqdim edirdim. Mənim bir çox çıxışlarım ictimaiyyət qarşısında hesabat xarakterli çıxışlardır və eyni zamanda, bütün dövlət məmurlarına, o cümlədən sahibkarlara dediyim sözlər hesab edirəm ki, əsas olmalıdır”.

Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı bütün dövrlərdə aktualdır. Nəzərə alaq ki, son illərdə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissəsidir. Hazırda həm işğaldan azad edilmiş ərazilərin, həm də ümumilikdə bütün bölgələrin malik olduqları potensial əsasında prioritetlər müəyyənləşdirilib.  Sözügedən Masallı, Lerik və Göygöl rayonlarında da kənd təsərrüfatının inkişafı üçün çox gözəl imkanlar var. “Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki,  müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir.

Sahibkarlıq inkişaf edir və bunun üçün zəruri  addımlar atılır. Görüşdə həm inşaat, həm kənd təsərrüfatı, həm də turizm sahəsində bütün qaydalara riayət edilməsi qarşıya mühüm vəzifə kimi qoyuldu və bildirildi ki, rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. Dövlət başçısı İlham Əliyev yeni təyin edilmiş icra başçılarına müraciət etdi: “Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik”.

Ölkəmizdə bütün işlərin sistemli və müasir dövrün tələbləri səviyyəsində həyata keçirilməsi davamlı uğurlara yol açır. Bugünümüzün əsas hədəfi işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini uğurla həyata keçirmək, Böyük Qayıdışı davamlı etməkdir. Artıq ilk addım atıldı. Zəngilanın Ağalı kəndinin sakinləri öz doğma yurd-yuvalarına qayıtdılar. Ümumilikdə işğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma arxitekturasına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından yeni layihələrin reallaşması üçün səmərəli istifadə əsas məqsədlərdəndir. Bunun üçün ölkəmizin  zəngin yeraltı, yerüstü sərvətlərindən, əmək resurslarından istifadə əsas vəzifə kimi qarşıya qoyulur. Ümumilkdə tarixi Zəfərimizin reallıqları fonunda müəyyənləşdirilən milli prioritetlər bunlardır: Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyata, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırmaq, insan kapitalının inkişafı ilə müasir innovasiyalar məkanına çevrilmək, işğaldan azad olunmuş ərazilərdə təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsi yaratmaq.

DİGƏR Xəbərlər Arxiv