YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Mirsəfa Mirəşrəfbəylinin xatirəsi yad edilib

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi, aparat işçiləri və partiya fəalları Cəlilabad rayon Badamağac kəndində şəhid Mirəşrəfbəyli Mirsəfa Mirbaba oğlunun doğum günü ilə əlaqədar şəhidin məzarını ziyarət edib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanımızın məzarı üzərinə gül dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları şəhidin ailəsi ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv