YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmir rayonunda Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının sədri Ayaz  Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid Cəmil Həşimlinin anası Simuzər Bağıyeva, digər şəhid anaları, rayon təşkilatının əməkdaşları, təhsil işçiləri, kənd sakinləri Vətən  müharibəsində torpaqlarımızın azadlığı uğrunda  qəhrəmancasına şəhid olmuş Zülfüqarov Məlik Kamran oğlunun doğum günü ilə əlaqədar  şəhidin rayonun Karrar qəsəbəsində  yerləşən  məzarını  ziyarət edərək, məzarı üzərinə gül dəstələri düzüblər və xatirəsini ehtiramla yad ediblər.

Sonra Kürdəmir rayon Karrar qəsəbə tam orta məktəbinin şagirdləri şəhidlər haqqında hazırladıqları bədii kompozisiyanı səsləndiriblər.

Daha sonra tədbir iştirakçıları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğı və problemləri ilə maraqlanıblar.

YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bildirib ki, Qələbəni bizə yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid analarına dərin minnətdarlığımızı bildiririk. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Xalqımızın birliyi, Ali Baş Komandanımızın qətiyyəti, Ordumuzun gücü, əsgər və zabitlərimizin peşəkarlığı, qəhrəmanlığı parlaq Zəfərimizin qazanılması ilə nəticələnib.

Tədbirdə çıxış edənlər şəhid Zülfüqarov Məlik Kamran oğlunun keçdiyi şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi igidlikdən söhbət açıblar.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə   Məlik Zülfüqarov “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları   ilə təltif edilib.