YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə idman festivalı keçirilib

YAP Bərdə rayon təşkilatının növbəti tədbiri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 28-ci ildönümünə həsr edilib. Bərdə rayonu Heydər Əliyev adına park-bulvarda  idman festivalı keçirilib.  

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə tər gül dəstələri düzülərək əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Hikmət Ələkbərli mövzu ilə bağlı ətraflı danışaraq dövlət  Gənclər və İdman siyasətinin ulu  öndər Heydər Əliyevin adı ilə bağlı olmasından, Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın inkişafında müvafiq nazirliyin mühüm rolundan söz açıb. Qeyd edib ki, bu gün ölkə gəncliyi Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycana  yeni-yeni uğurlar qazandırır. Hazırda ölkəmizdə çoxlu  sayda  vətənpərvər, intellekual, nümunəvi  və dünya miqyasında öz sözünü deyə bilən  gənclər  və idmançılar yetişməkdədir.

YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya qeyd edib ki, Azərbaycanda gənclərə, idmançılara dövlət qayğısı  uğurlu  gələcəyə hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. F.Şadlinskaya 44 günlük Vətən müharibəsində idmançı və gənc əsgər və zabitlərin vahid komandanlıq ətrafında dəmir yumruq olmasından, xalq, iqtidar və ordunun möhtəşəm birliyinin qazandırdığı böyük Qələbədən söz açıb. Bildirib ki, Qələbə ruhumuz, müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti milli maraqlar ətrafında birliyimizdən və həmrəyliyimizdən keçir.

Festival boyu 300 nəfəri əhatə edən rayon gənclərinin və idmançıların gimnastika, cüdo, sambo, sərbəst güləş, qol güləşi,  kikboksinq, muay-tay, boks, MMA, budo, uşu-sanda, kyokuşinkaykan və cyui-taido idman  növləri üzrə nümunəvi çıxışları göstərilib.