YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin parlaq səhifəsidir

«Akademik Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömür, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun əziz xatirəsi bizlərin qəlbində daim yaşıyacaq». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti  Zərifə xanımı hamıya sevdirib. Onun sözlərinə görə, Azərbaycan qadınlarının bütün gözəl cəhətləri özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi.

«Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Azərbaycanda oftamologiya sahəsində ilk akademik olub. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orjinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb və o, keçmiş SSRİ-də bu mükafat alan ilk qadın idi»- deyə, K.Əliyeva qeyd edib.