YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün iştirakçıları “Baykar” istehsal müəssisəsində olublar

Azərbaycan, Pakistan və Türkiyə parlamentlərinin sədrlərinin İstanbulda keçirilən İkinci Üçtərəfli Görüşünün iştirakçıları İstanbulda “Baykar” istehsal müəssisəsində olublar.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, burada Milli Məclisin sədri Sahibə Qafarovaya, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa, Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və onların başçılıq etdikləri nümayəndə heyətlərinin üzvlərinə Türkiyənin Milli Texnologiya Mərkəzi, “Baykar” istehsal müəssisəsində hazırlanan məhsullar və aparılan araşdırmalar barədə məlumat verilib.