YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdə rayonunda qazi Fariz Hümbətov ziyarət edilib

YAP Bərdə rayon təşkilatında keçirilən 22 iyul Milli Mətbuat gününə həsr edilmiş tədbirdən sonra YAP Bərdə rayon təşkilatı  və rayon Gənclər və  İdman  İdarəsinin kollektivi rayonun media nümayəndələri ilə birlikdə Zümürxan kəndində  yaşayan Vətən müharibəsi iştirakçısı, qazi Hümbətov Fariz Əlövsət oğluna baş çəkmiş,  ailəsində olmuşlar. Qazi ilə görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbədən danışmış, torpaqlarımız məhz Fariz kimi igidlərin sayəsində işğaldan azad olundugunu önə çəkmişdir.

Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, YAP Bərdə rayon təşkilatının təlmatçısı Əlövsət Məmmədov, media nümayəndələri Vüsal Rafiqoğlu, Zahir Süleymanov, Əbülfət Mirzəyev və başqaları Fariz kimi Qəhrəman oğullarımızla qürur duyduqlarını söyləmişlər.

Hümbətov Fariz Əlövsət oğlu 4 il idi ki, “N” saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətdə qulluq edirdi. Vətən müharibəsi başlayan ilk gundən Fariz Talış, Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə tankçı olaraq iştirak etmişdir.  Müharibənin son günlərində ayaq, əl və kürək nahiyəsindən ağır yaralanmışdır. “YAŞAT” Fondundan  Fariz Hümbətovun ailəsinə mənzil şəraitinin yaxşılaşdırılması üçün köməklik edilmişdir.

 Prezident İlham Əliyevin Sərəncamı ilə Fariz Hümbətov  “Cəsur döyüşçü” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 Görüş zamanı qazi Fariz Hümbətov Vətən müharibəsi zamanı olduğu döyüşlər haqqında danışmış, valideynləri Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarıqlarını bildirmişlər.