YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdışımızın ilk addımları

Hicran Hüseynova

Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor

44 günlük Vətən müharibəsi başlayana və şanlı Qələbə ilə bitənə qədər hər bir azərbaycanlı, qarabağlı bir inamla yaşayırdı: öz doğma ata–baba yurduna qayıtmaq. Tarixi ədalət zəfər çalacaqmı? Hər kəsi bu sual düşündürürdü. Ancaq Ulu Öndər Heydər Əliyev qaçqın və məcburi kökçün vətəndaşlarımızla hər görüşündə bu inamın, ümidin sönməməsinə çalışırdı və deyirdi ki, “İnanın ki, biz qayıdacayıq”. İnanırdı, inandırırdı. Ölkə başçısı 2016-ci il aprel döyüşlərindən sonra Cocuq Mərcanlının yenidən bərpasının açılış mərasimində də deyirdi, gün gələcək, biz Qarabağa qayıdacağıq, orada tikib-quracayıq, yeni həyat başlayacaq. Və gün o gündür, artıq Qarabağ və Şərqi Zəngəzur öz vətəndaşlarını qarşılamağa hazırdır.

İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verildi və bu gün daha 10 ailə öz doğma yurduna qovuşur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

Biz çox böyük tarixi hadisənin şahidi, iştirakçılarıyıq. Artıq  Zəngilanın Ağalı kəndinə bu yerlərin sahiblərinin qayıdışı başlayır. Və erməni işğalından azad olunan bütün yaşayış məskənlərimiz öz sakinlərini qəbul edəcəkdir. Bir daha şəhidlərimizi rəhmətlə anır, qazilərimizə cansağlığı arzulayırıq. Onların igirdliyi, mətn iradəsi, canı- qanı hesabına  tarixi  torpaqlarımıza qayıdırıq.  Azərbaycan dövləti qısa bir vaxtda çox nəhəng işlər gördü, cəmi 1 il 8 aya 30 ilə yaxın işğal altında qalan, az qala hər qarışı minalanmış torpaqlarda yüksək səviyyədə yaşayış şərtlərinə cavab verən "Ağıllı kənd" layihəsini icra olunub və işlər davam etməkdədir. Bu Böyük Qayıdışın ilk addımlarıdır, biz inanırıq ki, tezliklə Böyük Qayıdış baş tutacaq, bunun üçün dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva bütün imkanları səfərbər edir. Bu tarixi hadisə həm də tarixi Qələbəmizi həzm edə bilməyənlərə də sanballı cavabdır.