YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Yeni saziş əlaqələrimizi daha da gücləndirəcək

“Azərbaycan-Avropa İttifaqı münasibətləri uğurla inkişaf edir. Qarşılıqlı əlaqələr müxtəlif sahələri əhatə edir. Burada enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Təftiş Komissiyanın sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin yüksək inkişafının göstəricisidir. Onun  sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında Azərbaycan Respublikası ilə Avropa İttifaqı  arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını ölkəmizin  Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu artıracaq. Prezident İlham Əliyevin dediyi kimi, imzalanan Memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir.

Millət vəkili xatırladıb ki, tərəflərin enerji sahəsində əməkdaşlığının uğurlu tarixi var. Belə ki, Azərbaycan və Avropa İttifaqı 2006-cı ildə enerju sahəsində Anlaşma Memorandumunu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalayıb. Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. İmzalanan Anlaşma Memorandumu isə gələcək üçün bir növ yol xəritəsi hesab olunur. Prezident İlham Əliyevin dediyi kimi, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq isə böyük nailiyyətdir. İmzalanmış  Memorandum vasitəsilə Cənub Qaz Dəhlizinin imkanları daha da genişləndiriləcək. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Bir neçə il ərzində isə onun ötürücülük imkanı 20 milyard kubmetrə çatdırılacaq. Beləliklə, Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artırılacaq və gələn ildən bu göstərici 12 milyard kubmetrə yüksələcək.

Millət vəkili qeyd edib ki, imzalanmış memorandumda digər mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində nəhəng potensiala malik olduğunu Avropa Komissiyasının rəhbəri  Ursula Fon der Lyayen də vurğulayıb, xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd edib. Bu o deməkdir ki, Anlaşma Memorandumu vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməlini qoyulur. Gələcəkdə  Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Əlbəttə ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji potensilaı çox yüksəkdir. Belə ki, Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində isə külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. Növbəti  illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaq.

“Ümumiyyətlə, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahına xidmət edir. Eləcə də, Avropa İttifaqı Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində də mühüm təşəbbüslərlə çıxış edir. Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin  minalardan təmizləmənməsinə də dəstək verir. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır. Bu saziş əlaqələrimizi daha da gücləndirəcək. Bir sözlə, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var”,-deyə YAP Təftiş Komissiyasının sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv