YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Media Forumunun iştirakçılarının Şuşaya səfəri başlayıb

Beynəlxalq Media Forumda iştirak məqsədilə Azərbaycana gələn nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başlayıb.

Forum iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər.

Beynəlxalq Media Forumun iştirakçıları arasında əcnəbi media təmsilçiləri ilə yanaşı, Azərbaycanın media nümayəndələri, ekspertləri və rəsmilər də var.

Qeyd edək ki, onlar iyulun 22-də Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçiriləcək beynəlxalq forumda iştirak edəcəklər.