YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə şəhidin adına inşa olunan bulaq kompleksinin açılışı olub

Lerik Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Milli Məclisin deputatı İqbal Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, kənd sakinləri Lerik rayonunun Loda kəndində Vətən müharibəsi şəhidi Əliyev Gündüz Etibar oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra şəhid Əliyev Gündüz Etibar oğlunun adına inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilib. Mərasim iştirakçıları tərəfindən əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib.

Mərasimdə çıxış edən natiqlər şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlıqlarını bildirib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, xatirəsinin daim əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd ediblər.

Sonda şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

Qeyd edək ki, şəhid Əliyev Gündüz Etibar oğlu 2001-ci il İyul ayının 18 də Lerik rayonunun Loda kəndində anadan olub. "Tovuz" döyüşlərinin iştirakçısı olan qəhrəman şəhid Gündüz Əliyev II Qarabağ müharibəsində də böyük həvəslə iştirak edib və yüksək qəhrəmanlıq göstərərək adını qızıl hərflərlə tarixə yazıb. 30 sentyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib.