YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçala rayonunda Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, şəhid ailələri, ərazi partiya təşkilatlarının fəalları, din xadimləri Vətən müharibəsi şəhidi Səfərov Mais Şakir oğlu və Məmmədov Natiq İltifat oğlunun doğum günü münasibətilə məzarlarını ziyarət edib, məzarlarının önünə gül dəstələri düzərək əziz xatirələrini böyük ehtiramla yad ediblər.

Daha sonra şəhidlərin ailə üzvlərinin qayğıları ilə maraqlanılıb, dərin hüznlə başsağlığı verilib, şəhidlərin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.

Şəhidlərimizin ailələri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.