YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında jurnalistlərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı, Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 22 İyul – Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib.

Görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 147 illiyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi şərəfli və keşməkeşli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə rəğmən, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olduğunu qeyd edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, bu kursun Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirildiyini bildirib. Vətən müharibəsində qazandığımız tarixi zəfərimizdə jurnalistlərimizin rolunu vurğulayaraq, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz xidmətlərindən ətraflı bəhs edib.

Vüsar İsmayılov mətbuat nümayəndələrini əlamətdar gün münasibəti ilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək Azərbaycan milli mətbuatının inkişaf tarixindən, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirdi ki, Ulu Öndərin milli mətbuata göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə mətbuatın inkişafı, onun problemlərinin həlli, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Jurnalist peşəsinin çox böyük məsuliyyət tələb etdiyini və dövlətimizə, xalqımıza vicdanla, ləyaqətlə xidmət edən mətbuat təmsilçilərinin yorulmaz fəaliyyətini təqdir edib.

Görüşdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Binəqədi Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Günel Həsənova və YAP Binəqədi rayon təşkilatının sədr müavini səlahiyyətlərini icra edən Kubra Əliyarlı çıxış edərək mətbuat nümayəndlərini təbrik ediblər.

Görüşün sonunda jurnalistlərə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv