YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydin Huseynov: Azərbaycan bütün öhdəliklərini tam yerinə yetirir

“Azərbaycanla Avropa İttifaqı arasında siyasi əlaqələr kimi iqtisadi münasibətlər də durmadan inkişaf edir. Avropanın ayrı-ayrı ölkələri ilə Azərbaycanın ikitərəfli, həm də çoxşaxəli əlaqələri var. Bu əlaqələr daim inkişafdadır. Baxmayaraq ki, bəzi ölkələr keçmiş münaqişə ilə əlaqədar yanlış mövqe sərgiləyərək, işğalçı Ermənistanın tərəfində dayanaraq separatçılığa dəstək olurdular, Azərbaycanın apardığı xarici siyasət, tutduğu mövqe sayəsində həmin ölkələr də daxil olmaqla dünya birliyi haqq səsimizi eşitdi, kimin haqlı, kimin haqsız, kimin doğru, kiminin isə yanlış olduğunu ortaya çıxdı”.

Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov söyləyib.

A.Hüseynov bildirib ki, Avropa ölkələri ilə münasibətlərdə mühüm yeniliklərin və dəyişikliklərin baş verməsinin səbəbləri var: “Bu səbəblərdən biri Azərbaycanın etibarlı tərəfdaş olmasıdır. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirir, beynəlxalq qayda və prinsiplərə ciddi şəkildə əməl edir. O cümlədən Avropa İttifaqının enerji təhlükəsizliyində əsas aktorlardan biri kimi böyük imkanlara sahibdir. Ölkədə sabitlik, münbit investisiya mühiti yaradılıb, karbohidrogen ehtiyatlarının daşınması üçün bütün logistik imkanlara sahibdir. Məhz bu səbəblərdən Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin 18 iyul tarixli birgə Memarandumu imzalanıb. Tərəflərin bəyanatından göründü ki, Azərbaycanla Avropa İttifaqı iqtisadi, xüsusən də energi sektoru ilə bağlı məsələlər üzrə əlaqələrin yenilənməsində və inkişafında maraqlıdırlar. Azərbaycan Avropa bazarında əsas  ixracatçı ölkələrdən birinə çevrilməkdədir. Yaxın vaxlarda bu münasibətlərin nəticələrini də görəcəyik. İkitərəfli əməkdaşlığın mühüm töhfəsi kimi onu deyə bilərik ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır. Gələn ay hazırlıq işləri artıq başa çatacaq. Planlaşdırılmış bütün məsələlər icra olunub. Azərbaycanın coğrafi mövqeyini və müasir daşımalar infrastrukturunu nəzərə alaraq, yeni şəbəkənin qurulması üzərində daha fəal işlər görülür. Bir daha bildirmək istərdik ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var”.