YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parisdə keçiriləcək beynəlxalq caz günündə Azərbaycan da təmsil olunacaq

Aprelin 30-da Parisdə beynəlxalq caz günü münasibətilə müxtəlif ölkələrin caz ustalarının paytaxt sakinləri qarşısında çıxışı nəzərdə tutulur. UNESCO-nun 70 illiyinə həsr olunan caz musiqisi Parisin 20 regionunu əhatə edəcək. Həmin gün 30-a yaxın caz konserti tamaşaçılara pulsuz təqdim olunacaq.

Azərbaycanın virtuoz ifaçıları da caz günündə ölkəmizi təmsil edəcəklər. Artıq fransalı cazsevərlərə yaxşı tanış olan İsfar Sarabski Parisin beşinci meriyasında və UNESCO-da çıxış edəcək. “Cəngi” ansamblı və gənc cazmen Etibar Əsədlinin isə Parisin məşhur caz klublarında musiqisevər fransız pərəstişkarları qarşısında çıxışları nəzərdə tutulub.

Azərbaycanlı cazmenlər öz bəstəkarlarımızla yanaşı, Avropa bəstəkarlarının da əsərlərini səsləndirəcəklər.