YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradılmasının 140 illiyi münasibətilə teatrda çalışan rayon təşkilatının üzvləri və yaradıcı heyətlə görüş keçirilib.

Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov mədəniyyətimizin inkişafından, ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlərdən ətraflı bəhs edib. Bildirib ki, Mirzə Fətəli Axundovun komediyaları ilə 1873-cü ilin 10 mart tarixində Azərbaycanda ilk peşəkar teatrın əsası qoyulduqdan sonra - 1882-ci il aprelin 2-də İrəvanda peşəkar teatr yaranıb. İrəvan teatrı yarandığı vaxtdan bu günə qədər uzun, şərəfli və keşməkeşli inkişaf yolu keçərək, bir çox uğurlara imza atıb, öz peşəkarlığı ilə ölkəmizi, xalqımızı və onun mədəniyyətini layiqli təmsil edib. Cəhalətlə mübarizədə ən kəskin silahlardan biri olan teatr sənətinin ən parlaq nümunələrindən biri olan İrəvan teatrı xalqın oyanışında, cəmiyyətin maarifləndirilməsində, mədəni-estetik tərbiyəsində mühüm rol oynayır və bu istiqamətdə çoxsaylı maraqlı, peşəkar tamaşalar ərsəyə gətirir. Xüsusilə ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edən əsərlərin yazılması və tamaşaçılara yüksək səviyyədə təqdim edilməsi təqdirəlayiqdir.

V.İsmayılov çıxışında teatrın hər zaman dövlət qayğısı və dəstəyi ilə əhatə olunduğunu, dövlət başçısı İlham Əliyevin teatrın 140 illiyinin qeyd edilməsi üçün imzaladığı Sərəncamı diqqətə çatdırıb. Teatr sənətinin fədailərini İrəvan Dövlət Azərbayca Dram Teatrının yaradılmasının 140 illiyi münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb.

Daha sonra çıxış edən İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İftixar Piriyev göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə kollektiv adından təşəkkürünü bildirib. Teatrın 140 illiyinin qeyd edilməsi məqsədilə imzalanan müvafiq Sərəncamın kollektivin hər bir üzvü üçün əvəzsiz stimul olduğunu söyləyib. Onun sözlərinə görə ölkəmizə mədəniyyətimizin inkişafı, yeni yardıcılıq əsərlərinin ərsəyə gəlməsi, təqdim edilməsi, dünyada tanıdılması istiqamətində dövlətimiz tərəfindən ciddi işlər görülür. Mədəniyyət işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması, onların yaradıcılıq potensialının artırılması üçün hər cür şərait yaradılır. Bu baxımdan, rəhbərlik etdiyi kollektivə göstərilən dövlət dəstəyinin onları daha böyük yaradıcılıq uğurlarına sövq etdiyini, kollektivin üzərinə böyük məsuliyyət qoyduğunu vurğulayıb. Göstərilən diqqətə və görüşə görə YAP Binəqədi rayon təşkilatına minnətdarlığını bildirib.

Görüş fikir mübadiləsi ilə davam etdirilib. Teatrın əməkdaşları təbriklərə görə təşəkkürlərini bildiriblər.

YAP Binəqədi rayon təşkilatı tərəfindən teatrın kollektivinə fəxri fərman və xatirə hədiyyəsi təqdim edilib.

Sonda xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv