YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dayanıqlı inkişafa nail olub

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan nəinki regionda, ümumiyyətlə beynəlxalq aləmdə böyük nüfuza sahib olan bir dövlətdir və müasir beynəlxalq münasibətlər sisteminə öz milli maraqlarına əsaslanaraq uğurla inteqrasiya etməkdədir. Azərbaycan region ölkələri ilə, eyni zamanda Avropa ölkələri ilə mehriban qonşuluq və dostluq əlaqələrinə sahib olan ölkədir. Bu gün Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurlar ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir.

Tarixə nəzər salsaq görərik ki, 1993-cü ildən etibarən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldıran mühüm akt 1996-cı il aprelin 22-də imzalanan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" oldu. 1999-cu ildə qüvvəyə minən bu sazişi Ümummilli lider Heydər Əliyev "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdi.  Bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir.

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunu layiqincə  davam etdirən ölkə Prezidenti İlham Əliyevin uğurlu xarici dövlət strategiyası nəticəsində Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər gündən günə yeni uğurlu mərhələlərə qədəm qoyur. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dövlətlər üçün etibarlı tərəfdaş statusunu qazanmış bir ölkədir.

Məlum olduğu kimi,  18 iyul tarixində  Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdükdən sonra tərəflər enerji münasibətlərinə dair Anlaşma Memorandumu imzalayıblar və yeni imzalanan bu Memorandum Azərbaycan-Avropa İttifaqı arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da  ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan  rolu və nüfuzundan xəbər verir.

Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində Azərbaycan  siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və regionda böyük potensiala sahib olan bir dövlətdir.