YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Normallaşma prosesində Ermənistandan səmimiyyət gözləyirik

Türkiyə və Azərbaycan olaraq Cənubi Qafqazda sülh və sabitlik istəyirik. Biz Ermənistan da daxil olmaqla, hər kəs üçün faydalı olan sülh arzu edirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın mövqeyi və bəyanatları ortada, bizim də açıqlamalarımız bəllidir.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 21-də “TRT Haber” telekanalının canlı yayımında ifadə edib.

Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonrakı proseslər, bölgədə münasibətlərin normallaşması istiqamətində Azərbaycan və Türkiyənin atdıqları addımlar, Ermənistan tərəfindən verilən bəzi qarşılıqlar və digər məsələlər barədə geniş məlumat verən naziri Mövlud Çavuşoğlu Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olduğunu, hökumət rəsmilərinin keçirdikləri ikitərəfli görüşləri xatırladaraq bölgədə həyata keçirilən beynəlxalq layihələrdən danışıb. Deyib ki, hazırda Orta Dəhliz böyük əhəmiyyət qazanıb.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan nazir Mövlud Çavuşoğlu Ermənistan ilə normallaşma prosesinə dair fikirlərini bölüşərək, Azərbaycan və Türkiyənin prosesi məsləhətləşmələr çərçivəsində irəli aparmaqda olduğunu bir daha vurğulayıb. O bildirib: “Azərbaycan və Türkiyə normallaşma prosesində səmimidir, Ermənistandan da eyni mövqeni gözləyirik”.

Nazir Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Ermənistan hakimiyyəti sülh və normallaşma prosesi üçün qətiyyətli addımlar atmalıdır.