YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan reallaşdırılmır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

İyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri qarşılıqlı əlaqələrin yüksək olmasından xəbər verir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu artıracaqdır. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığının uğurlu tarixi vardır. Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə 16 ildir əməkdaşlıq edir. Azərbaycan və Avropa İttifaqı 2006-cı ildə enerji sahəsində Anlaşma Memorandumunu və 2011-ci ildə isə Cənub Qaz Dəhlizi ilə bağlı birgə Bəyanat imzalamışlar. Avropanın enerji xəritəsini tamamilə dəyişən layihə məhz Azərbaycanla Avropa ittifaqı arasında başlanan enerji layihələridir. İyulun 18 – də imzalanan Memorandum isə gələcək üçün bir növ yol xəritəsi hesab olunur.

Azərbaycala Avropa İttifaqı arasında müxtəlif sahələrdə olduu kimi neft, qaz və bərpaolunan enerji məsələləri barədə də anlaşma mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə prosesinə sərmayə qoyuluşu artıq başlanmışdır. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqava bərabərdir. Xəzər dənizində külək enerjisinin potensialı 157 meqavata bərabərdir.

Bu, ölkəmizin növbəti uğurudur. Qürurverici haldır ki, regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilmir.

DİGƏR Xəbərlər Arxiv