YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aİ ilə enerji dialoqunun möhkəmləndirilməsi regionun inkişafına mühüm töhfədir

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Enerji təhlükəsizliyi ilə əlaqədar yol xəritəsi dünyanın düzənini dəyişir və həm siyasi, həm iqtisadi sabitlikdə və güc reallığında mühüm amil olaraq əsas götürülür.

Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyaye ilə memorandumun imzalanması tədbirində Prezident İlham Əliyev bildirmişdir ki, enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdiyini diqqətə çatdıran cənab İlham Əliyev uğurlu nəticəyə aparan yolun mühüm məqamlarını xatırlatdı: “ Öncə neft hasilatı, sonra qaz hasilatı baş verdi. Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi tam gücü ilə işləyir. Bütün seqmentlər istismar olunur.”

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrinin, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqunun mövcud olduğunu yüksək qiymətləndirərək bildirmişdir ki, Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən  də  artıq yüksək dəyərləndirilir və külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir.