YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Görülən işlər Azərbaycan xalqının rifahına hesablanıb

“Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu ölkəmizin gücünü və etibarlı tərəfdaş olmasını özündə ehtiva edən və böyük əhəmiyyətə malik mühüm sənəddir. Eyni zamanda bu Anlaşma Memorandumu Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyi sahəsində böyük rola malik olmasının göstəricisidir.”

Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki,  on beş ildən artıq müddətdir ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə əməkdaşlıq edir və bu müddət ərzində sözügedən Anlaşma Memorandumundan başqa daha iki (2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Anlaşma Memorandumu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə) mühüm sənəd imzalanmışdır. İyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu uzunmüddətli və səmərəli əməkdaşlığın nəticəsi və zirvəsidir: “Bu gün Azərbaycan istər enerji sahəsində istərsə də digər sahələrdə öz üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və planlaşdırılan qaydada icra etmiş, özünü dünya miqyasında sözünəbütöv, etibarlı tərəfdaş kimi tanıtmışdır. Prezident İlham Əliyevin apardığı müdrik və uzaqgörən xarici siyasət nəticəsində ölkəmizin dünya miqyasındakı mövqeyi günbəgün daha da güclənməkdədir.

İyulun 18-də imzalanmış Anlaşma Memorandumu ölkəmizin Avropa İttifaqının güclü tərəfdaşı olmasının sübutu ilə yanaşı Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin böyük və perspektiv gələcəyindən xəbər verir. Əlbətdə dövlətimiz tərəfindən atılan bütün addımlar və həyata keçirilən bütün layihələr Azərbaycan xalqının rifahına və tərəqqisinə hesablanmışdır. Bütün bunlar bir daha Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin xoşbəxt gələcəyi və inkişafı üçün gecə-gündüz, yorulmadan çalışmasının göstəricisidir.”