YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

İyul ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Dövlət başçısı ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə dəyərləndirmə apararaq ölkə ictimaiyyətinə geniş məlumat verib. Ölkəmizin uğurla inkişaf etdiyini, bütün istiqamətlər üzrə qarşıya qoyulan vəzifələrin icra edildiyini, xarici siyasət istiqamətində yeni önəmli addımların atıldığını, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığını qeyd edən cənab Prezident beynəlxalq təşkilatlarla fəal əməkdaşlığın aparıldığını,  Azərbaycanın Qoşulmama Hərəkatının fəal sədri olaraq bu təsisatın institusional inkişafına böyük töhfə verdiyini, Avropa İttifaqı ilə fəal əməkdaşlığın aparıldığını, Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkəmizin hər zaman fəallıq göstərdiyini, həm təşkilat çərçivəsində, həm də üzv ölkələr arasında təmasların genişləndiyini diqqətə çatdırıb.

Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinə toxunan ölkə başçısı qeyd edib: “Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən bir il səkkiz ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir”.

Bəli, Vətən müharibəsindən bir il səkkiz ay ötməsinə baxmayaraq, Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırır, məğlub edilmiş tərəf kimi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ötən dövr ərzində yalnız delimitasiya üzrə işçi qrupların görüşü  keçirilmiş və sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul olunmuşdur ki, bütün bunlarda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmişdir. Lakin, Ermənistan 10 noyabr Bəyanatında üzərinə götürdüyü digər məsələlərin həlli istiqamətlərində real addımlar atmır. Bu məsələlərdən biri də, Erməmistan silahlı birləşmələrinin qalıqlarının hələ də Qarabağda qalmasıdır. Sözsüzki bu qəbuledilməzdir. Ermənistan məğlub tərəf kimi kapitulyasiya aktına imza atıbsa, orada göstərilən bütün müddəalara qeyd-şərtsiz əməl etməlidir. 

Tarixə nəzər salsaq görərik ki,  hələ münaqişə dövründə, 30 ilə yaxın müddətdə  Ermənistan hər zaman həm hərbi, həm də siyasi-diplomatik müstəvidə müxtəlif təxribatlara əl ataraq danışıqlar prossesini pozmağa, status-kvonu qoruyub saxlamağa, işğalçı siyasətini davam etdirməyə çalışırdı. Lakin,  Ermənistanın apardığı bu çirkin siyasətin, məkrli oyunların heç bir nəticəsi olmadı. Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq Ermənistanı məğlub etdi və onun havadarlarının ikili standartlar siyasətini iflasa uğratdı. Bu dərsdən nəticə çıxarmayan Ermənistan 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatda təsbit edilən məsələlərdən boyun qaçırmaqla yenə də öz məkirli siyasətinə sadiq qalaraq vaxt udmağa çalışır. Ermənistan atdığı yanlış addımlara,10 noyabr Bəyanatının kobudcasına pozduğuna görə məsuliyyət daşıyır. Bu ölkənin rəhbərliyi cənab İlham Əliyevin etdiyi ciddi xəbərdarlıqlardan, verdiyi açıq mesajlardan nəticə çıxarmalıdır. Artıq Ermənistan bu yoldan əl çəkməlidir və anlamalıdır ki,  bu  siyasətlə heç nəyə nail ola bilməyəcək.